...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsi yerləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2011 18:05 (UTC +04:00)
Sentyabrın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsi yerləşdiriləcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır.

Sentyabrın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

BFB-dən Trend-ə verilən məlumata görə, hərraca 5 000 000 manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək.

İstiqrazlar 100,5083% qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Sentyabrın 13-nə olan rəsm məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti