...

Azərbaycan və Fransa ticari-iqtisadi əlaqələrin inkişafını müzakirə edəcək - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 15:19 (UTC +04:00)
Azərbaycan və Fransa arasında ticari-iqtisadi əlaqələrin inkişaf imkanları sentyabrın sonlarında Parisdə müzakirə olunacaq.
Azərbaycan və Fransa ticari-iqtisadi əlaqələrin inkişafını müzakirə edəcək - səfir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Fransa arasında ticari-iqtisadi əlaqələrin inkişaf imkanları sentyabrın sonlarında Parisdə müzakirə olunacaq.

Ticari-iqtisadi əməkdaşlığa dair Azərbaycan-Fransa hökumətlərarası komissiyasının altıncı iclası sentyabrın 23-də Parisdə keçiriləcək. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib.

Səfir deyib ki, iclasda Azərbaycan nümayəndə heyətinə maliyyə naziri Samir Şərifov, Fransa nümayəndə heyətinə isə xarici ticarət üzrə dövlət katibi Pyer Leluş rəhbərlik edəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 2,2 milyard dollar olub.

İki ölkə arasında müqavilə-hüquq bazası hazırda 30-dan çox sənəddən ibarətdir ki, bu da, ölkələr arasında əməkdaşlıq üçün lazımi bazanı təşkil edib.

Xəbər lenti

Xəbər lenti