...

Samur transsərhəd çayı üzərindən körpünün ilkin dəyəri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 17:30 (UTC +04:00)
Samur transsərhəd çayı üzərindən körpünün tikintisi Azərbaycan və Rusiya tərəflərinə 40 milyon dollara başa gələ bilər.
Samur transsərhəd çayı üzərindən körpünün ilkin dəyəri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:53-də yayılıb)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend müxbir E.İsmayılov/

Samur transsərhəd çayı üzərindən körpünün tikintisi Azərbaycan və Rusiya tərəflərinə 40 milyon dollara başa gələ bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

"Azərbaycan tərəfi az vaxt aparacağını nəzərə alaraq körpünün tam yenidən qurulmasını təklif edir", - nazir bildirib.

Məmmədovun sözlərinə görə, uzun sürən danışıqlardan sonra körpünün tikintisinin paritet əsasda maliyyələşdirilməsi barədə razılaşma əldə olunub.

Nazir əlavə edib ki, 40 milyon dollar təqribi qiymətdir və bu rəqəm yekun deyil.

"Qərar qəbul edildiyi andan körpünün bərpası ilə bağlı bütün zəruri işlərin görülməsi üçün yarım il kifayət edəcək", - nazir deyib.

RF Prezidenti Dmitri Medvedev iyun ayının sonunda Moskva ilə Bakı arasında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb. Müqavilə Rusiya, Azərbaycan və Gürcüstanın dövlət sərhədlərinin qovuşuğundan Xəzər dənizinə qədər quru sərhədlərin qarşılıqlı keçmə xətlərinin möhkəmləndirilməsini nəzərdə tutur. Həmin bu xətt keçmiş Dağıstan MSSR və Azərbaycan SSR arasındakı inzibati sərhədlə uyğun gəlir.

Müqavilənin Bakıda 3 sentyabr 2010-cu ildə imzalanması ilə Rusiya Azərbaycanla dövlət sərhədləri haqqında müqavilə imzalayan ilk dövlət olub.

Rusiya ilə Azərbaycan arasındakı quru sərhəddinin uzunluğu 284 kilometrdir.

Rusiya və Azərbaycan tərəfləri 2010-cu ildə imzalanmış transsərhəd Samur çayının suyundan məqsədyönlü istifadə və onun su mənbəyinin qorunması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin qüvvəyə minməsi ilə bu müqavilənin həyata keçirilməsinin sinxronlaşdırılmasını razılaşdırıblar.

Xəbər lenti

Xəbər lenti