...

Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollara çatıb - nazir (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 17:56 (UTC +04:00)
Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollar təşkil edir.
Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollara çatıb - nazir (ƏLAVƏ OLUNUB) (FOTO)

Üçüncü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 17:09-da yayılıb)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend müxbir A.Axundov/

Azərbaycanda Rusiya investisiyaları 400 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

"Üç il ərzində Azərbaycanda Rusiya kapitallı 139 müəssisə qeydiyyata alınıb", - Mustafayev bildirib.

Onun sözlərinə görə, bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanla Rusiya arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 60 faizdən çox artıb və iki milyard dollar, yəni 2010-cu ilin yekunları üzrə göstəricinin səviyyəsinə çatıb.

"Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq üçün davamlı normativ-hüquqi baza yaradılıb", - nazir bildirib.

O qeyd edib ki, iqtisadi sahədə 100-ə yaxın hökumətlərarası saziş imzalanıb.

"Rusiya Federasiyasının bir çox subyektleri ilə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Hazırda Həştərxan, Tambov əyalətləri və Krasnodar diyarı ilə saziş layihələri hazırlanır", - Mustafayev əlavə edib.

Nazirin sözlərinə görə, iqtisadi sahədə əməkdaşlıq üçün investisiyaların qorunması barədə sazişin imzalanması prosesini sürətləndirmək vacibdir.

Çərşənbə axşamı Bakıda Şimali Qafqaz regionunun investisiya imkanlarının təqdimatı keçirilib. RF Baş nazirinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz federal dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin sözlərinə görə, bu təqdimat birincidir və Azərbaycanda keçirilməsi təsadüfi deyil.

"Biz Şimali Qafqaz regionunun imkanlarının ilk təqdimatının Azərbaycanda keçirilməsini qərara almışıq. Belə ki, Azərbaycanı strateji və etibarlı tərəfdaşımız hesab edirik. Biz Azərbaycan iqtisadiyyatının dinamik inkişafını müşahidə edirik və Azərbaycan investisiyalarını Şimali Qafqazda görmək istərdik", - Xloponin əlavə edib.

Xəbər lenti

Xəbər lenti