...

Azərbaycan-Avstriya biznes forumu çərçivəsində 3 sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 18:58 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan və Avstriya prezidentləri İlham Əliyev və Haynts Fişerin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumu çərçivəsində 3 sənəd imzalanıb.
Azərbaycan-Avstriya biznes forumu çərçivəsində 3 sənəd imzalanıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Axundov/

Çərşənbə günü Azərbaycan və Avstriya prezidentləri İlham Əliyev və Haynts Fişerin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumu çərçivəsində 3 sənəd imzalanıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Avstriya Federal İqtisadiyyat Palatası arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Azərbaycanın ELBA şirkəti (ət kəsimi üzrə müəssisə) Avstriya şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalayıb.

Azərbaycan bankı "DəmirBank" Niderland İnkişaf Maliyyə Şirkətinin (FMO) təşkilatçılığı ilə 25 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb.

Məbləğin 12,5 milyon dolları Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), 7,5 milyon dolları Avstriyanın İnkişaf Bankı (OeEB) və 5 milyon ABŞ dolları digər 3 maliyyə təşkilatı - Avstriyanın "Raiffeisen Bank International AG", Niderlandın "DemirHalk Bank N.V." və İsveçrənin "Atlantic Forfaitierungs AG" tərəfindən ayrılıb.

Avstriya tərəfdən biznes forumunda 45 şirkətdən 64 nəfər, Azərbaycan tərəfdən isə 200-dən çox sahibkar iştirak edib.

Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfəri oktyarbın 11-dən başlayıb.

Xəbər lenti

Xəbər lenti