...

Dünya şöhrətli CNN telekanalı "Bakı Ağ Şəhər" layihəsi haqqında süjet hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 18:07 (UTC +04:00)
"Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adanan CNN-in Azərbaycan haqqında hazırladığı beşgünlük proqram seriyasının buraxılışlarından biri "Bakı Ağ Şəhər" layihəsinə həsr olunacaq.
Dünya şöhrətli CNN telekanalı "Bakı Ağ Şəhər" layihəsi haqqında süjet hazırlayıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adanan CNN-in Azərbaycan haqqında hazırladığı beşgünlük proqram seriyasının buraxılışlarından biri "Bakı Ağ Şəhər" layihəsinə həsr olunacaq.

Noyabrın 15-də Bakı vaxtı ilə saat 20:00-da efirə çıxacaq süjetdə Azərbaycana investisiyaların cəlb olunmasında, Qara şəhərin yeni, müasir paytaxt mərkəzinə çevrilməsində, burada əlverişli sosial-iqtisadi şəraitin formalaşdırılmasında, ekoloji vəziyyətin yaxşılaşdırılmasında layihənin xüsusi rolu və onun digər xüsusiyyətləri barədə bəhs olunacaq.

"Eye on Azerbaijan" proqramı noyabr 14-18-də Bakı vaxtı ilə saat 20:00-da hər gün efirə çıxacaq. Həftə ərzində müasir Azərbaycanın beynəlxalq arenada imicini formalaşdıran iqtisadiyat, mədəniyyət, incəsənət və idman sahələrinin əsas aspektləri işıqlandırılacaq. CNN Azərbaycanda "Eurovision 2012" müsabiqəsinin hazırlıq işlərinə də xüsusi diqqət ayıracaq.

Proqram Bakıdan birbaşa bağlantılarla, CNN telekanalında işlədiyi otuz il ərzində Berlin divarının uçurulması, Beyrutun blokadası, İraq müharibəsi və s. bu kimi əlamətdar hadisələri öz reportajlarında işıqlandırmış tanınmış telejurnalist Cim Klensinin təqdimatı ilə canlı efir rejimində yayımlanacaq.

Dünyanın 200-dən cox ölkəsində yayımlanan CNN telekanalının əməkdaşları Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycana gəliblər.

"Bakı Ağ Şəhər" layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"ın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin fərmanı çərçivəsində həyata keçirilir.

Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti