...

Gələn həftə "Azərbaycan Dəmir Yolları" QSC biletlərin onlayn satışı sistemini işə salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2011 11:35 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-də biletlərin onlayn satışının tətbiqinin ləngiməsi sınaq işlərinin yerinə yetirilməsi ilə əlaqədardır.
Gələn həftə "Azərbaycan Dəmir Yolları" QSC biletlərin onlayn satışı sistemini işə salacaq

Azərbaycan, Bakı, 15 noyabr / Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC-də biletlərin onlayn satışının tətbiqinin ləngiməsi sınaq işlərinin yerinə yetirilməsi ilə əlaqədardır. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onlayn satışa başlanılması noyabrın birinci yarısına planlaşdırılmışdı, lakin test prosesinin uzanması səbəbindən sistemin tətbiqi bir qədər yubanır.

"Sistemin artıq gələn həftənin çərşənbə axşamı-çərşənbə günü işə düşəcəyi planlaşdırılır", - Əzməmmədov deyib.

Biletləri QSC-nin üç dildə fəaliyyət göstərən (Azərbaycan, ingilis və rus) rəsmi saytı ilə əldə etmək mümkün olacaq.

Biletləri onlayn əldə etmək üçün sərnişinin özünün bank hesabı olmalıdır. Sərnişin bu yolla biletin pulunu ödəyə biləcək. Qatarın yola düşməsinə minimum bir saat qalmış internet vasitəsilə bilet əldə edən sərnişin bilet aldığını təsdiq etmək üçün QSC-nin kassalarının birində qeydiyyatdan keçməlidir.

Əgər əvvəllər sərnişinlər beynəlxalq reyslər üzrə Bakıda hər iki tərəfə bilet əldə edə bilmirdilərsə, biletlərin satışı üçün onlaynsistemin tətbiqi ilə onlar bütün reyslər üzrə bu xidmətdən istifadə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti