...

"DəmirBank" plastik kart sahiblərinə endirimlər təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 12:17 (UTC +04:00)
"DəmirBank" plastik kart sahiblərinə endirimlər təqdim edib
"DəmirBank" plastik kart sahiblərinə endirimlər təqdim edib

Azərbaycan, Bakı, 24 noyabr / Trend/

"DəmirBank"ın plastik kart sahibləri Melodiya musiqi alətləri mağazasında "Kart sahiblərinə endirimlər" proqramı çərçivəsində endirimlər əldə etdilər. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yayadığı məlumatda deyilir.

Kart sahibləri istənilən musiqi alətini alan zaman 10 faizlik endirimdən yararlana bilərlər. Qeyd edək ki, Melodiya mağazası Azadlıq prospekti 95 ünvanında, Dostluq kinoteatrının yaxınlığında yerləşir. Ətraflı məlumat üçün - (012) 440 85 96 və ya www.melodiya.az .

"DəmirBank" ticarət və xidmət mərkəzlərində plastik kart sahiblərinə endirimlər xidmətini genişləndirməkdə davam edir. Ölkədə fəaliyyət göstərən 30-dan artıq müxtəlif ticarət, xidmət və əyləncə mərkəzləri DəmirBank-ın "Kart sahiblərinə endirimlər" layihəsinin üzvüdür. Gələcəkdə digər şirkətlərin də bu layihəyə qoşulacağı planlaşdırılır", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank"ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında "Kart sahiblərinə endirimlər" səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.

"DəmirBank" "5 manata kart" və "Pulsuz kart" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Plastik kartı həmçinin Bankın http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.

Noyabrın 24-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti