...

Bakıda 800-dən çox pirat CD və DVD-nin satışının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2011 19:29 (UTC +04:00)
Bakıda pirat audiovizual məhsulların satışının qarşısı alınıb.
Bakıda 800-dən çox pirat CD və DVD-nin satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Bakıda pirat audiovizual məhsulların satışının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, 14 ünvanında Eldar Allahverdiyevə məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunub. Bu barədə Trend-ə bazar ertəsi nazirlikdən məlumat verilib.

Mağazada aşkar edilmiş 806 ədəd pirat CD və DVD-nin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Eldar Allahverdiyevə icrası məcburi göstəriş verilib.

Dövlət Xidməti istehlakçılara audiovizual məhsullar alarkən onların üzərində istehsalçı barədə müvafiq məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti