...

"Xalq Bank" kapitalını 1,7 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2011 20:03 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Xalq Bank" ASC-nın 57,597 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.
"Xalq Bank" kapitalını 1,7 dəfə artırır

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Xalq Bank" ASC-nın 57,597 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal qiyməti 38,7 manat olan 1 488 300 səhm qeydiyyata alınıb. Emissiyanın anderrayteri "ADB Broder" MMC-dir.

Oktyabrda bank öz səhmlərinin nominalının yüksəldilməsi vasitəsilə nizamnamə kapitalını 13,8 faiz artırmağa (72,828 milyon manatdan 82,895 milyon manata) nail olub.

Səhmlərin yeni emissiyasının yerləşdirilməsi nəticəsində "Xalq Bank"ın kapitalı 140,492 milyon manata qədər artacaq.

"Xalq Bank" fəaliyyətə 2004-cü ilin dekabrında başlayıb.

Dekabrın 13-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti