...

Azərbaycanın bank sektorunun kapitallaşması 8,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2012 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend müxbir N.İsmayılova/

2011-ci ilin noyabr ayı ərzində Azərbaycanın bank sektorunun kapitallaşması 0,2 faiz artıb. Kapitallaşma ötən ilin əvvəlinə nisbətən 8,4 faiz artaraq dekabrın 1-nə 2352,2 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında qeyd edilir.

AMB-nin məlumatına görə, kapitalı 10 milyon manatdan çox olan bankların sayı noyabrın yekunları üzrə 41 ədəd təşkil edib. Bu göstərici oktyabra nisbətən dəyişməz qalıb, 2011-ci ilin əvvəli ilə müqayisədə isə 1 ədəd azalıb. Ölkənin bütün banklarının ümumi kapital həcmində bu kateqoriyalı bankların xüsusi çəkisi noyabrda 99 faiz təşkil edib. Oktyabrda bu rəqəm 99 faiz, ötən ilin əvvəlində isə 98,9 faiz olub.

Hazırda kapitallaşma (minimum kapital 10 milyon manat təşkil etməlidir) üzrə AMB-nin tələblərini 3 bank yerinə yetirmir. İki bankın (xüsusi çəkisi 0,8 faiz) kapitalı 5-10 milyon manat, 1 bakın (0,2 faiz) isə 3,5-5 milyon manat çərçivəsində formalaşıb.

Yanvarın 5-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti