Azərbaycan, Bakı, 13 yanvar/Trend müxbir N. İsmayılova/
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi diler fəaliyyəti ilə məşğul olmaq üçün "Texnika Kapital Menecment" MMC-yə yeni lisenziya verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Komitəsinin saytında yayılan məlumatda deyilir. "Texnika Kapital Menecment" "Texnika Bank"ın törəmə şirkətidir.
Lisenziya cari il yanvarın 13-də 5 il müddətinə verilib.
Hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.