Azərbaycan, Bakı, 26 yanvar/Trend/
Azərbaycanın sığorta şirkəti "Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 5308 manat dəyərində növbəti ödənişi həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.
Bu sığorta növü üzrə növbəti ödəniş şirkət tərəfindən 25 yanvar 2012-ci il tarixində tikinti şirkətində çalışan əməkdaşın yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı faktına əsasən həyata keçirilib.
Əməkdaş "Atəşgah Həyat" şirkətində 2011-ci il martın 3-də sığortalanıb.
Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 5308 manat təşkil edib. Məbləğ faydalanan şəxsə - mərhumun atasına təqdim edilib.
Hazırda "Atəşgah Həyat" SŞ - nə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə təxminən 30 sığorta hadisələri ilə bağlı müraciət daxil olub.
"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" sığorta qrupuna daxildir.
2011-cu ilin nəticələrinə görə, "Atəşgah" sığorta qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində qrupun sığorta haqları 28 milyon manatı, ödənişləri isə 6,2 milyon manatdan çox təşkil edib.
"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Yanvarın 26-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.