...

"Qatar Airways" Doha-Bakı birbaşa aviareysinin həyata keçirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 17:12 (UTC +04:00)
"Qatar Airways" şirkəti çərşənbə günündən etibarən Doha-Bakı birbaşa gündəlik aviareysinin həyata keçirilməsinə başlayıb.
"Qatar Airways" Doha-Bakı birbaşa aviareysinin həyata keçirilməsinə başlayıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov/

"Qatar Airways" şirkəti çərşənbə günündən etibarən Doha-Bakı birbaşa gündəlik aviareysinin həyata keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin məlumatında deyilir.

Məlumata əsasən, təyyarə Bakıdan çərşənbə axşamı, cümə axşamı və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da, bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri isə saat 22:30-da uçacaq.

Hazırda şirkətin aviaparkı 104 müasir təyyarədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti