...

Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi sahədə strateji tərəfdaşdırlar – gürcü nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 15:44 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi sahədə strateji tərəfdaşdırlar.
Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi sahədə strateji tərəfdaşdırlar – gürcü nazir

Gürcüstan, Tbilisi, 16 fevral /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadi sahədə strateji tərəfdaşdırlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gürcüstanın iqtisadiyyat naziri xanım Vera Kobaliya Tbilisidə jurnalistlərə bildirib.

"Bu, regional əməkdaşlıqdır və biz hamıya regionumuzun nisbətən daha dinamik inkişaf etdiyini sübut edə bilərik", - o deyib.

Gürcüstan, Azərbaycan və Türkiyənin iqtisadiyyat nazirləri Tbilisidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda iştirak edib və qapalı görüşün yekunları üzrə birgə brifinq keçiriblər.

"Biz bütün dünyanı inandırdıq ki, Avropada və ABŞ-dakı böhranlar fonunda regionumuz inkişaf edir və ölkələrimizdə iqtisadi artım qeydə alınır ki, bu da regionumuzda investisiyalaşdırmanın vacibliyinə inandırır", - Kobaliya deyib.

Onun sözlərinə görə, bu, əməkdaşlıq üçün meydana çevriləcək "gələcəyin regionu" olacaq.

"Əməkdaşlığımızın səviyyəsi artıq nümunəvidir, lakin bundan sonra da dərinləşməlidir. Buna nazirliklərimiz arasında sıx təmaslar xidmət edəcək", - o bildirib.

Nazir qeyd edib ki, Gürcüstan onun ən iri ticarət tərəfdaşları arasında birinci və ikinci yerləri tutan ölkələrlə dialoq aparır.

"Azərbaycan və Türkiyənin iş adamları bizim etibarlı tərəfdaşlarımızdır və onlar iqtisadiyyatımızın inkişafına kömək edir, iş yerləri yaradır və büdcə gəlirlərinin artmasına yardım edirlər", - Kobaliya deyib.

Xəbər lenti

Xəbər lenti