...

Azərbaycanda 2013-2023-cü illər üzrə Strateji İnkişaf Planının hazırlanmasına start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 14:03 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.
Azərbaycanda 2013-2023-cü illər üzrə Strateji İnkişaf Planının hazırlanmasına start verilib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Martın 1-də İqtisadi İnkişaf Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrasının təmin olunması ilə bağlı geniş kollegiya iclası keçirilmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların, eləcə də regional bölmələrin rəhbərləri iştirak etmişdir.

İclasda Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş layihələrin icrasına nəzarətin gücləndirilməsi, kənd yollarının əsaslı təmiri, yeni yolların çəkilməsi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının yaxşılaşdırılması, alternativ enerji mənbələrindən daha geniş istifadə, çaylarda kiçik su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, üzümçülüyün inkişafına dair Dövlət Proqramının icrasının sürətləndirilməsi, intensiv bağçılığın inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, potensial ixrac bazarlarının müəyyənləşdirilməsi, yerli məhsulların xarici bazarlara çıxarılması, dövlət və özəl şirkətlərin xarici ölkələrdə həyata keçirilən layihələrdə iştirak imkanlarının araşdırılması, sənaye parklarının yaradılması prosesinin davam etdirilməsi, Gəncədə alüminiumyönümlü texnoparkın yaradılması, 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının, 2013-2023-cü illər üzrə Strateji İnkişaf Planının hazırlanması və digər sahələrdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilmişdir.

İclasda iqtisadi inkişaf naziri, Kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar vermişdir.

Kollegiya iclasında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, növbəti kollegiya iclasında müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınmışdır.

Xəbər lenti

Xəbər lenti