...

Neft-kimya sahəsində əməkdaşlıq üzrə Azərbaycanın və Tatarıstanın işçi qruplarının görüşü olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 17:55 (UTC +04:00)
Azərbaycan və Tatarıstan prezidentlərinin ötən ilin iyununda Kazandakı görüşləri zamanı əldə olunmuş razılığa əsasən, hər iki respublikanın neft-kimya sahəsində inteqrasiya əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış işçi qrupu üzvlərinin geniştərkibli görüşü keçirilib.
Neft-kimya sahəsində əməkdaşlıq üzrə Azərbaycanın və Tatarıstanın işçi qruplarının görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan və Tatarıstan prezidentlərinin ötən ilin iyununda Kazandakı görüşləri zamanı əldə olunmuş razılığa əsasən, hər iki respublikanın neft-kimya sahəsində inteqrasiya əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış işçi qrupu üzvlərinin geniştərkibli görüşü keçirilib.

"Azərkimya" İB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, neft-kimya sənayesi üzrə vaxtilə mövcud olmuş iqtisadi-inteqrasiya əlaqələrinin bərpa olunmasının və bu sahənin perspektiv inkişafının qarşılıqlı əməkdaşlıq şəraitində hər iki tərəf üçün səmərəli olacağını nəzərə alan Tatarıstan işçi qrupunun üzvləri qarşıda duran məsələlərin daha möhkəm təməllər üzərində qurulması məqsədilə bir gün öncə respublikamızın bir sıra dövlət strukturlarının və qurumların rəhbərləri ilə görüşüblər.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin, Sənaye və Energetika Nazirliyinin, Dövlət Neft Şirkətinin, həmçinin neft-kimya sahəsində fundamental tədqiqatların aparıldığı Azərbaycan Neft-kimya Prosesləri İnstitutunun, neft-kimya sənayesi üçün gənc kadrların hazırlandığı Azərbaycan Dövlət Neft Akademiyasının və "Nanotexnologiyalar" Elm-İstehsalat Mərkəzinin rəhbərləri ilə görüşən tatarıstanlı qonaqlar daha sonra Sumqayıt Texnoparkının ən müasir texnologiyalara, modern istehsalat sahələrinə malik müəssisələri ilə tanış olaraq, Azərbaycanda neft-kimya elminin və sənayesinin bugünkü inkişaf mərhələsi, yaxın perspektivi, texniki və kadr potensialı ilə bağlı geniş, hərtərəfli məlumat əldə edə bilib.

Neft-kimya sənayesi ilə bağlı Azərbaycanın dövlət strukturlarının rəhbərləri ilə işgüzar görüşlərin davamı olaraq "Azərikimya"da Tatarıstanın neft-kimya müəssisələri ilə qarşılıqlı əməkdaşlıq məsələləri üzrə geniş müzakirə və fikir mübadiləsi aparılıb, yaxın dövr üçün birgə fəaliyyət proqramı müəyyənləşdirilib.

Gün ərzində işgüzarlıq şəraitində keçən görüşdən sonra qonaqlar Azərbaycanın neft strategiyasının, "Əsrin müqaviləsi"nin təşəbbüskarı və ideya müəllifi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft-kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən "Heydər Əliyev və Azərbaycanın kimya sənayesi" muzey-guşəsinin foto-eksponatları ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti