...

Azərbaycan nümayəndə heyəti MONEYVAL-ın 38-ci plenar iclasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 17:33 (UTC +04:00)
Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 38-ci plenar iclası keçirilib.
Azərbaycan nümayəndə heyəti MONEYVAL-ın 38-ci plenar iclasında iştirak edib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 38-ci plenar iclası keçirilib. İclasda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, plenar iclasın gündəliyinə digər məsələlərlə yanaşı, 2010-cu ildə MONEYVAL-a üzv ölkələrin 3-cü mərhələ birgə qiymətləndirmə hesabatları əsasında Komitə tərəfindən hazırlanmış "horizontal icmal"da Azərbaycanla bağlı əks olunan tövsiyələrin icra vəziyyətinə dair müzakirələr də daxil edilib.

Plenar iclasın gedişində Azərbaycan nümayəndə heyəti müvafiq istiqamətdə ölkədə həyata keçirilmiş işlərin statusuna dair hesabat təqdim edib.

Aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan hökumətinin hesabatı plenar iclas tərəfindən yekdilliklə qəbul olunub.

Plenar iclas zamanı, gündəliyə uyğun olaraq MONEYVAL-a üzv olan bir sıra dövlətlərin birgə qiymətləndirmə hesabatları, tərəqqi hesabatları, habelə "xüsusi monitorinq rejimi" və "horizontal icmal" çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələri üzrə çatışmazlıqları mövcud olan ölkələrin hesabatları da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti