Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Meqa Sığorta" ASC-yə sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya verib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Sığorta Nəzarəti Xidmətinin yaydığı məlumatda deyilir.
"Lisenziya martın 14-də əvvəl verilən lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar verilib", - məlumatda deyilir.