...

Azərbaycanda məişət tullantılarının emalı üzrə zavodlar tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 15:39 (UTC +04:00)
Azərbaycan regionlarında məişət tullantılarının zərərsizləşdirilməsi üzrə poliqonlar və onların emalı üzrə zavodlar tikiləcək.
Azərbaycanda məişət tullantılarının emalı üzrə zavodlar tikiləcək

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan regionlarında məişət tullantılarının zərərsizləşdirilməsi üzrə poliqonlar və onların emalı üzrə zavodlar tikiləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev bildirib.

"Məişət tullantıları işi ilə bağlı üç əsas seqment mövcuddur: onların toplanması, zərərsizləşdirilməsi və təkrar emalı. Məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın hazırlanması zamanı ölkənin regionlarında tullantıların həcmi və tərkibi müəyyənləşdiriləcək. Əgər onların tərkibində orqanik tullantılar çoxluq təşkil edəcəksə, tullantıların zərərsizləşdirilməsi üzrə poliqonların tikintisinə üstünlük veriləcək. Yox, əgər təkrar emala yararlı məhsullar çox olarsa, bu istiqamətdə zavodlar tikiləcək", - Babayev deyib.

Hazırda Balaxanıda bərk məişət tullantılarının yandırılması üzrə zavodun tikintisi davam edir. Zavodun 2012-ci ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti