...

Azərbaycanın "Paşa Sığorta" şirkəti Mərkəzi Klinikanın sığortaçısı seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 11:58 (UTC +04:00)
Azərbaycanın "Paşa Sığorta" şirkəti "Mərkəzi Klinika" MMC-yə sığorta xidmətlərinin göstərilməsi üzrə tenderin qalibi olub.
Azərbaycanın "Paşa Sığorta" şirkəti Mərkəzi Klinikanın sığortaçısı seçilib

Azərbaycan, Bakı, 30 mart / Trend, müxbir A.Axundov /

Azərbaycanın "Paşa Sığorta" şirkəti "Mərkəzi Klinika" MMC-yə sığorta xidmətlərinin göstərilməsi üzrə tenderin qalibi olub. Bu barədə tibb müəssisəsinin Tender Komissiyasının cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

"Paşa Sığorta" 2012-ci il ərzində klinikanın əmlakının sığortalanması və üçüncü şəxs qarşısında vətəndaş məsuliyyəti üzrə xidmətlər həyata keçirəcək", - komissiyanın protokolunda deyilir.

Paşa Holdinq-in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC 2006-cı il martın 3-də yaradılıb. Şirkət korporativ və fərdi müştərilərə 30 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma həcminə görə "Paşa Sığorta" 30 milyon manat nizamnamə kapitalı və 47 milyon manat cari məcmu aktivlə milli sığorta bazarının lideri və Azərbaycan sığorta bazarının mühüm sığortaçı və təkrar sığortaçılarından biridir.

Xəbər lenti

Xəbər lenti