Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Günay Sığorta" ASC sığorta şirkətinin 650 min manat həcmində adi, adlı, sənədsiz səhmlərinin prospekt emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində 1000 manat nominalında 650 səhm buraxılıb.
Şirkətdən Trend-ə bildiriblər ki, bununla da şirkətin nizamnamə kapitalı 3,55 milyon manatdan 4,2 milyon manatadək artırılacaq.
"Kapitalın artırılması təsisçilərin vəsaitləri hesabına həyata keçiriləcək. İstisna edilmir ki, bu il şirkət yenidən nizamnamə kapitalını artıracaq", - şirkətdən deyiblər.
Sövdələşmənin anderrayteri qismində "Standard Kapital" MMC şirkəti çıxış edir.