...

İstanbul-Gəncə aviareysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 15:36 (UTC +04:00)
Türkiyə "Onur Air" aviaşirkəti Azərbaycanın Gəncə şəhərinə reys açır.
İstanbul-Gəncə aviareysi açılır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyə "Onur Air" aviaşirkəti Azərbaycanın Gəncə şəhərinə reys açır. Bu barədə cümə axşamı Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

İstanbul-Gəncə reysinin həyata keçirilməsinə mayın 2-dən etibarən başlanacaq. Reyslər bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti 2 saat 30 dəqiqə təşkil edəcək.

Biletin qiyməti 79 avro olacaq.

Xəbər lenti

Xəbər lenti