...

Azərbaycan avtomobillərin gətirilməsi üzərində nəzarətin gücləndirilməsi barədə RF-yə xəbərdarlıq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 12:35 (UTC +04:00)
Mayın 1-dən antibloklama sistemi (ABS) və təhlükəsizlik yastığı olmayan avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək. Bu qərarın icrasına dair əsas funksiyalar Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) həvalə edilib.
Azərbaycan avtomobillərin gətirilməsi üzərində nəzarətin gücləndirilməsi barədə RF-yə xəbərdarlıq edəcək

Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir A.Axundov/

Mayın 1-dən antibloklama sistemi (ABS) və təhlükəsizlik yastığı olmayan avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək. Bu qərarın icrasına dair əsas funksiyalar Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) həvalə edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DGK sədri Aydın Əliyev bildirib.

"Azərbaycana avtomobil vasitələrinin gətirilməsi üzərində gömrük-buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi üçün Rusiya tərəfi hökumət səviyyəsində bu qadağanın tətbiqi barədə məlumatlandırılacaq. Mayın 1-dən bu qərarın icrasına başlanacaq", - Əliyev deyib.

Göstərilən nəqliyyat vasitələrinin idxalına qadağanın əsas məqsədi sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir.

Qadağa tam ötürücü transmissiyalar istisna olmaqla bütün avtomobillərə aid edilir.

"Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. Bu qərar 2,5 tondan az çəkisi olan minik avtomobillərinə şamil edilir.

Bununla yanaşı, Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması haqqında qərar "VAZ-2121 Niva" və UAZ markalı minik avtomobillərinə şamil edilmir.

Xəbər lenti

Xəbər lenti