...

Azərbaycan və Hindistan arasında ikiqat vergitutmanın ləğv edilməsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 17:08 (UTC +04:00)
Азербайджан и Индия нуждаются в устранении двойного налогообложения.
Azərbaycan və Hindistan arasında ikiqat vergitutmanın ləğv edilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 16 aprel/Trend, müxbir A. Axundov/

Azərbaycan və Hindistan ikiqat vergitutmanının ləğv edilməsinə ehtiyac duyurlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında Hindistanın ticarət və sənaye üzrə dövlər naziri Ciotiraditya Şindia bildirib.

"İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Onların istifadə edilməsi üçün bir sıra sazişlərin, xüsusən ikiqat vergitutmanın ləğv edilməsi, qarşılıqlı investisiyaların təşviqi və başqa sahələrdə sazişlərin imzalanması lazımdır" , - o deyib.

Onun sözlərinə görə, Azərbaycan Hindistanın informasiya texnologiyaları, təhsil, mühəndis işi, maşınqayırma, farmakologiya və başqa sahələrdə təcrübəsindən istifadə edə və neft-qaz sahəsində öz nailiyyətlərini bölüşə bilər.

"Hər iki ölkə alternativ enerjinin inkişafı üzrə iddialı proqramlara malikdir və bu sahədə də əməkdaşlıq mümkündür" , - o qeyd edib.

Hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sözlərinə görə, 2011-ci ildə ölkələr arasında mal dövriyyəsi 411 milyon dolları ötüb ki, bu da 2010-cu illə müqayisədə 22 faiz çoxdur. 2012-ci ilin yanvar-fevral aylarında ölkələr arasında xarici ticarət dövriyyəsi 157 milyon dollar olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 68 faiz üstələyir.

"İki ölkə arasında tarixi sıx əlaqələrin gələcəkdə genişləndirilməsi üçün böyük potensial var" , - Bağırov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti