...

"Atəşgah Həyat" neftçiyə iri kompensasiya ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 17:47 (UTC +04:00)
"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişlərini həyata keçirib.
"Atəşgah Həyat" neftçiyə iri kompensasiya ödəyəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişlərini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

"Atəşgah Həyat"da sığortalanmış neft şirkətlərinin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində 100 faiz əmək qabiliyyətini itirib. Ona 2014-cü ilin fevralına qədər hər ay 683 manat məbləğ ödəniləcək.

Digər ödəniş poladəritmə müəssisəsinin əməkdaşının ölüm faktına əsasən həyata keçirilib. Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 18 440 manat təşkil edib. Məbləğ faydalanan şəxsə - mərhumun anasına təqdim edilib.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun 2010-cu ilin dekabrından tətbiq olunmağa başlayıb.

"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

Xəbər lenti

Xəbər lenti