...

Bakının mərkəzinin müfəssəl planının informasiya bazası hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 14:24 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzi hissəsinin müfəssəl planlaşdırılma layihəsinin rəqəmsal informasiya bazasını və 3D modelini hazırlayır.
Bakının mərkəzinin müfəssəl planının informasiya bazası hazırlanır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzi hissəsinin müfəssəl planlaşdırılma layihəsinin rəqəmsal informasiya bazasını və 3D modelini hazırlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi komitənin yaydığı məlumatda deyilir.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihənin özünün hazırlanması üzərində işi başa çatdırıb və onu təsdiq üçün paytaxtın İcra Hakimiyyətinə təqdim edib. Bakının mərkəzinin əsaslı planı 2030-cu ilədək dövrü əhatə edir.

"Şəki, Gəncə, Sumqayıt, Xırdalan, Neftçala, Balakən şəhərlərinin baş planlarının informasiya bazaları və üçolçülü modelləri də hazırlanır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti