...

AİB Azərbaycan ÜDM-in artım tempinin yüksələcəyini pronozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Axundov/

2012-ci ilin nəticələri üzrə Azərbaycan ÜDM-in artımı 4,1 faizə, 2013-cü ilin yekunları üzrə isə 3,5 faizə çatacaq ki, bu da neft hasilatı həcminin yüksəlməsi və qeyri-neft sektorunun genişlənməsinin göstəricisi olacaq.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Asiya İnkişaf Bankının (AİB) "Asian Development Outlook 2012" hesabatında deyilir.

"Hasilat infrastrukturunda modernləşdirmə işlərinin tamamlanması nəzərə alınmaqla, 2012-ci ildə neft hasilatı həcmlərinin orta artımı proqnozlaşdırılır. Halbuki yeni qaz platformalarının açılması tələbatın artması təqdirində qaz istehsalını artıra bilər", - hesabatda qeyd olunur.

Bununla yanaşı, Avrozonada davam edən durğunluq neftə tələbatı və müvafiq olaraq, onun hasilat həcminin artımını məhdudlaşdıra bilər. Digər tərəfdən, neftin qiymətlərinin kəskin azalması hökumətin hasilat həcmlərinin qarşısının alınması üzrə tədbirlərinə gətirib çıxara bilər.

"Qeyri-neft sektorunda artım nəqliyyat, rabitə, topdan və pərakəndə ticarət sahələrinə, xüsusən neft nəqli üçün yeni dəmiryol və dəniz nəqliyyatı yollarının hazırlanmasına təsir edəcək. Cari dəmiryol layihələri nəqliyyat sektorunu stimullaşdıracaq, hərçənd kənd təsərrüfatı layihələri və toxumların ixracatı zamanı subsidiyalar kənd təsərrüfatı məhsullarının istehsalının yüksəlməsinə yardım etməlidir. Bu tədbirlər fermerləri diqqəti satlıq bitkilərin istehsalına yönəltməyə də təşviq edəcək", - hesabatda deyilir.

2012-ci ildə xidmət sektorunun xeyli dərəcədə ticarət və turizmlə təmin ediləcəyi gözlənilir.

"Hökumətin investisiya proqramı infrastrukturun genişləndirilməsi hesabına sənaye və tikinti sahəsini sement, polad boru və digər tikinti materiallarının yerli istehsalına tələbatın artması yolu ilə dəstəkləməlidir. İşgüzar ab-havanın inkişafı və yaxşılaşdırılması ölkə daxilində işlə təmin etmə imkanlarını yüksəldəcək", - hesabatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti