...

Azərbaycanda fiziki şəxslərin gəlirlərini rəsmən bildirməsi prosesinin başlamasına planlı yanaşma lazımdır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A.Axundov/

Fiziki şəxslərin öz gəlirlərini rəsmən bildirməsi vergiqoymadan yayınmanın və Azərbaycanda "kölgə iqtisadiyyatı"nın inkişafının qarşısını almaq vasitələrindən biri ola bilər. Bu barədə bazar ertəsi Trend-ə "PricewaterhouseCoopers Azerbaijan" beynəlxalq auditor şirkətinin Bakı ofisinin vergilər üzrə baş meneceri Arif Quliyev bildirib.

"Əgər fiziki şəxslər, ABŞ-da olduğu kimi, öz gəlir və xərclərini rəsmiləşdirərsə, bu, istənilən bir şeyin nağd formada əldə edilmə prosesinin qanuniləşdirilməsinə təkan olacaq. Bu, həmçinin vergiqoymadan yayınma və "qara bazar"ın genişlənməsini məhdudlaşdıracaq", - Quliyev deyib.

Onun sözlərinə görə, fiziki şəxslərin gəlirləri üzrə bəyannamənin təqdim edilməsi prosesinin başlaması müəyyən vaxt aparacaq.

"Burada planlı yanaşma lazımdır", - Quliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti