...

Azərbaycan və Qırğızıstan investisiya fondu və tərəvəz emalı üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Qırğızıstan və Azərbaycan tərəvəz emalı üzrə müştərək müəssisənin yaradılması və investisiya fondunun açılması haqqında razılığa gəliblər. Trend-in "24.kg" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə birinci Qırğızıstan-Azərbaycan hökumətlərarası komissiyasının nəticələri ilə bağlı bəyanatda deyilir.

Müvafiq protokolu hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov və Qırğızıstan tərəfdən həmsədr, Baş nazirin müavini Aalı Karaşev imzalayıblar.

Planda neft emalı zavodu, kiçik və böyük SES-lərin tikintisi, Qırğızıstanın Bitkilərin Mühafizəsi Xidmətinin mütəxəssisləri üçün ixtisisartırma kurslarının təşkili var.

Tərəflər, həmçinin humanitar sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xüsusən, Bişkəkdə Heydər Əliyev parkının yaradılması və Qırğızıstanda Azərbaycanın bazar günü məktəblərinin kitab və dərsliklərlə təmin edilməsi müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti