...

Azərbaycanda külli miqdarda vergidən yayınma faktları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 15:05 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin aprel ayında 15 cinayət işi başlanıb ki, onlardan da 11-i külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub.
Azərbaycanda külli miqdarda vergidən yayınma faktları aşkar edilib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Ə.Həsənov/

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin aprel ayında 15 cinayət işi başlanıb ki, onlardan da 11-i külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub. Trend-in məlumatına görə, bu barəədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan "Araz-Tikinti Servis" MMC 90 min manat, "Çınqıl İnşaat" Təmir-Tikinti Quraşdırma müəssisəsi 133 min 360,47 manat, "Cahangir" MMC isə 70 min 220,3 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməkdən yayındırıblar. Bundan əlavə, "Cahangir" müəssisəsi xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq almadan dağ-mədən işlərini həyata keçirməklə 43 min 339,69 manat məbləğində gəlir əldə edib.

Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırıblar.

Departament tərəfindən aparılmış digər araşdırmalarla "Azərsutikinti" ATSC-nin Samur-Abşeronsutikinti törəmə müəssisəsində, "Ulutürk", "YK İnşaatçı" və digər məhdud məsuliyyətli cəmiyyətlərdə külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib.

Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti