...

"BTB Bank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 21:00 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "BTB Bank"ın 1,6 milyon manat həcmində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydə alıb.

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "BTB Bank"ın 1,6 milyon manat həcmində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal qiyməti 1000 manat olan 1600 səhm qeydə alınıb.

Sövdələşmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Emissiya nəticəsində "BTB Bank"ın nizamnamə kapitalı 13,6 milyon manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti