...

"WorldFood Azerbaijan 2012" beynəlxalq sərgisinin iştirakçı ölkələrinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 15:11 (UTC +04:00)
Mayın 15-də Bakıda dünyanın 24 ölkəsindən 120 şirkəti cəlb edən "WorldFood Azerbaijan 2012" - 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayır.
"WorldFood Azerbaijan 2012" beynəlxalq sərgisinin iştirakçı ölkələrinin sayı artıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ə.Həsənov/

Mayın 15-də Bakıda dünyanın 24 ölkəsindən 120 şirkəti cəlb edən "WorldFood Azerbaijan 2012" - 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi başlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə "ITE Group Plc" şirkətinin rəhbəri Edvard Stroon bildirib.

Onun sözlərinə görə, Avropa və digər uzaq xarici ölkələrdən şirkətlərin tədbirə marağı getdikcə artır və onlar eksponetlərin ümumi sayının 30 faizini təşkil edir. Bu il sərgi iştirakçılarının 40 faizi debütantdır. Onlar arasında Əfqanıstan, Braziliya, Misir, Səudiyyə Ərəbistanı və Serbiyadan şirkətlər var.

Sərgidə kommersiya strukturları ilə yanaşı, dövlət təşkilatları da iştirak edir. Belə ki, sərgidə serb və əfqan sahibkarların iştirakı, müvafiq olaraq, Serbiya Ticarət Sənaye Palatası və Əfqanıstan Fermer Servisi Assosiasiyasının fəal dəstəyi ilə təşkil edilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ixracın təşviqi üzrə direktoru Vüsal Kərimli mətbuat konfransında deyib ki, Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı prioritetdir və bu sərginin əsas məqsədlərindən biri həm yerli sakinləri, həm də xarici ölkələri Azərbaycanda istehsal edilən məhsullarla tanış etməkdir.

AZPROMO sərginin təşkilatçılarından biridir.

"WorldFood Azerbaijan" bir neçə tematik ekspozisiyanı birləşdirir: qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink"), texnologiyalar ("WorldFoodTech"). Bununla da o, ərzaq bazarının böyük hissəsini əhatə edir.

Xəbər lenti

Xəbər lenti