...

Azərbaycanın fond birjasında elektron hesabatlılıq sistemi tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 16:05 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) hesabatlılıq sisteminin təkmilləşdirilməsi və elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə birja üzvlərinin təqdim etdikləri sifarişlər və bağladıqları əqdlər üzrə hesabatları BFB-nin ticarət sistemindən məsafədən qoşulma üzrə iş yerləri vasitəsilə birbaşa əldə etmək imkanı yaradılıb.
Azərbaycanın fond birjasında elektron hesabatlılıq sistemi tətbiq edilib

Azərbaycan, Bakı, 15 may /Trend/

Bakı Fond Birjasında (BFB) hesabatlılıq sisteminin təkmilləşdirilməsi və elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə birja üzvlərinin təqdim etdikləri sifarişlər və bağladıqları əqdlər üzrə hesabatları BFB-nin ticarət sistemindən məsafədən qoşulma üzrə iş yerləri vasitəsilə birbaşa əldə etmək imkanı yaradılıb. Trend-in məlumatına görə, bu barədə BFB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Mayın 14-dən bu günə qədər artıq 3 birja üzvü bu funksionala qoşulub. Cari həftənin sonunadək bütün birja üzvlərinin elektron hesabatlılıq sisteminə qoşulması gözlənilir.

Yalnız yerli təşkilatlar birjanın üzvləri ola bilərlər.

Xəbər lenti

Xəbər lenti