...

"Eurovision-2012" günlərində Bakıda metro gecə-gündüz işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 11:59 (UTC +04:00)
"Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə Bakı Metropoliteni bütün sutka işləyəcək.
"Eurovision-2012" günlərində Bakıda metro gecə-gündüz işləyəcək

Azərbaycan, Bakı, 16 may / Trend, müxbir E.İsmayılov /

"Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və finalının keçirildiyi günlərdə Bakı Metropoliteni bütün sutka işləyəcək. Bu barədə çərşənbə günü Trend-ə Metropoliten rəisinin köməkçisi Məmməd Bayramov bildirib.

Onun sözlərinə görə, həmin günlərdə Metropolitenin iş qrafiki artıq təsdiqlənib və Bakı Metropoliteni paytaxt sakinlərinin və qonaqların gücə-gündüz daşınmasını təmin etməyə hazırdır.

"Müsabiqənin yarımfinal və final günlərində iş qrafiki artıq təsdiqlənib. Müvafiq olaraq mayın 22-si, 24-ü və 26-da paytaxt metrosu gecə-gündüz işləyəcək", - Bayramov qeyd edib.

Bakı Metropoliteninin 23 stansiyası var, xətlərinin uzunluğu 34,6 kilometrdir. Metropoliten hər il 200 milyon sərnişin daşıyır. Bu gün ən yeni stansiya "Dərnəgül" stansiyasıdır. O, 2011-ci il iyunun 29-da açılıb.

Xəbər lenti

Xəbər lenti