...

Azərbaycan Hesablama Palatası 2011-ci il dövlət büdcəsinin icrası haqqında illik hesabata rəy verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatasının 2012-ci il 14 may tarixində keçirilən Kollegiya iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata HP-nin rəyi müzakirə edilib. Bu barədə Palatanın çərşənbə günü yaydığı məlumatda deyilir.

Rəydə əsas diqqət 2011-ci ildə ölkə iqtisadiyyatını xarakterizə edən makrogöstəricilərin və iqtisadiyyata təsir edən amillərin təhlilinə, dövlət büdcəsinin gəlir və xərc parametrlərinin mövcud iqtisadi potensialın imkanları ilə uzlaşmasının, həmçinin ayrı-ayrı dövlət tədbirləri, proqram və layihələrə ayrılmış vəsaitlərdən səmərəli istifadə edilməsinin araşdırılmasına, büdcənin icrasını xarakterizə edən göstəricilərin həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri ilə əlaqələndirilməsinə və başqa məsələlərə verilib.

Rəydə habelə müəyyən olunmuş limit və hədlərin icrası vəziyyəti təhlil edilib, təsdiq edilmiş hədd və limitlərin gözlənilməsində müvafiq tələblərə əməl olunması, dövlət büdcəsindən həyata keçirilən antiböhran tədbirlərinin tərkib elementlərindən biri kimi istifadə olunmaqla əlverişli iqtisadi mühitin saxlanılması və makroiqtisadi sabitliyin qorunmasının təmin edilməsi barədə Palatanın qənaəti əks etdirilib.

Rəy Kollegiya iclasında geniş müzakirə edilərək təsdiqənib və Hesablama Palatası tərəfindən illik hesabatın Milli Məclisdə müzakirəyə təqdim olunması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti