Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Axundov/
Bakı Fond Birjasının (BFB) rəhbərliyi Asiya İnkişaf Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Yurgen Konradla görüş keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BFB-nin yaydığı məlumatda deyilir.
Tərəflər görüşdə Azərbaycan qiymətli kağızlar bazarının müxtəlif seqmentlərini, o cümlədən səhm bazarının mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
"Görüş bank tərəfindən 2013-2017-ci illər üçün ölkə üzrə tərəfdaşlıq strategiyasının hazırlığı çərçivəsində keçib", - məlumatda deyilir.