...

Dövlət Gömrük Komitəsi 2012-ci ildə dövlət büdcəsinə ödənişlər proqnozunun artmasını gözləmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2012 14:42 (UTC +04:00)
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilin yekunları üzrə dövlət büdcəsinə ödənişlər proqnozunun artmasını gözləmir.
Dövlət Gömrük Komitəsi 2012-ci ildə dövlət büdcəsinə ödənişlər proqnozunun artmasını gözləmir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilin yekunları üzrə dövlət büdcəsinə ödənişlər proqnozunun artmasını gözləmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DGK-nın sədri Aydın Əliyev bildirib.

"Dövlət Gömrük Komitəsi üçün ilin sonuna olan proqnoz saxlanılır. Biz beş ayın yekunları üzrə plan göstəricilərini icra etmişik", - Əliyev deyib.

Onun sözlərinə görə, yanvar-may aylarında DGK xətt ilə dövlət büdcəsinə 454 milyon manatdan çox vəsait ödənilib ki, bu da ötən ilin analoji göstəricisini 12,9 milyon manat üstələyir.

Gömrük orqanları üçün 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti