...

Azərbaycan Qara dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasına rəhbərlik edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 12:22 (UTC +04:00)
Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Müdirlər Şurası Azərbaycanı özünün yeni sədri seçib.
Azərbaycan Qara dəniz Ticarət və İnkişaf Bankının Müdirlər Şurasına rəhbərlik edir

Azərbaycan, Bakı, 2 iyul / Trend, müxbir A.Axundov /

Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Müdirlər Şurası Azərbaycanı özünün yeni sədri seçib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

Belə qərar iyunun sonlarında Müdirlər Şurasının Yerevanda keçirilən 14-cü illik iclasında qəbul edilib. 2013-cü il iyunun 9-da Bakıda keçiriləcək növbəti iclasadək bir illik dövrdə sədrin müavinləri Bolqarıstan və Gürcüstandan olan müdirlər seçilib.
Şuranın iclasında 2011-ci ilin yekunları üzrə illik hesabat və maliyyə göstəriciləri təsdiqlənib.

"Davam edən qlobal qeyri-müəyyənliyə baxmayaraq, 2011-ci ildə bankın xalis mənfəəti 10,1 milyon avro təşkil edib. Şura ötən il maliyyələşdirməni 359,3 milyon avro həcmində təsdiqləyib ki, bu da inişilki göstəricidən 67,7 faiz çoxdur", - məlumatda deyilir.

Qara dəniz bankında Azərbaycandan müdir iqtisadi inkişaf naziri Şahin Mustafayev, onun müavini maliyyə naziri Samir Şərifovdur.

Xəbər lenti

Xəbər lenti