...

“Excelsior Hotel Baku” hotelinin dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə "5-ci İstiqlal kuboku" turniri keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 12:19 (UTC +04:00)

‎Azərbaycan, Bakı, 9 iyul /Trend/

8 iyul 2012-ci il tarixində "Excelsior Hotel Baku" otelinin, Azərbaycan İntellektual Klubları Assosasiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi və İqtisadçı İntellektual Klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə "5-ci İstiqlal kuboku" turniri keçirilib. Trend-in məlumatına görə, bu barədə "Ata Holding"in bazar ertəsi yaydığı məlumatda deyilir. Turnirdə müxtəlif intellektual klublardan və ali təhsil ocaqlarından olan 30-dan çox komanda iştirak edib. Qaliblər qiymətli mükafatlarla və kubokla təltif olunub.

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "5-ci İstiqlal kuboku"-nun məqsədi dövlət dilində intellektual oyunların təbliğ olunmasından, intellektual oyunlar hərəkatının kütləviləşməsinin təmin edilməsindən, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə güclülərin müəyyən edilməsindən ibarətdir.

"Excelsior Hotel Baku" otelinin baş meneceri Nataliya Solovyova bildirdi ki, "Excelsior Hotel Baku" oteli il ərzində KSM sahəsində bir neçə tədbirlər keçirmiş və gələcəkdə Azərbaycan gənclərinin bilik və bacarıqlrının inkişafına xidmət edəcək tədbirlərin keçirilməsinə dəstək olacaq. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri bir daha öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazandılar. Keçirilən breyn-rinq oyunu tələbələrin yüksək intellektual bacarıqlara malik olduqlarını göstərdi. Fəxr edirik ki, bu günkü tədbir tələbələrin gələcəkdə müxtəlif intelektual yarışlarda yüksək nəticələr əldə etmələrinə öz müsbət təsirini göstərəcək".

İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə qoyulmuş problemlərin praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi turnirin vəzifələridir.

Xəbər lenti

Xəbər lenti