...

Bakı-Naxçıvan aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 13:11 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Naxçıvan marşrutu üzrə J2 2255 reysi yubanır və yerli vaxtla saat 15:00-da reallaşacaq.
Bakı-Naxçıvan aviareysi yubanır

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Naxçıvan marşrutu üzrə J2 2255 reysi yubanır və yerli vaxtla saat 15:00-da reallaşacaq. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan deyildiyi kimi, saat 13:00-da uçmalı olan aviareysin iki saatlıq yubanma ilə yola salınması planlaşdırılır.

"Təyyarə paytaxtdan saat 15:00-da havaya qalxmalıdır, lakin yenə də yubana bilər", - aeroportdan deyiblər.

Uçuşun yubanması texniki səbəblərlə bağlıdır.

Xəbər lenti

Xəbər lenti