...

Azərbaycanda kərpic zavodunun səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2012 12:18 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi "İmişli-Kərpic" ASC-nin (kərpic və digər tikinti materialları istehsalı zavodu) səhmlərinin 30,01 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda kərpic zavodunun səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "İmişli-Kərpic" ASC-nin (kərpic və digər tikinti materialları istehsalı zavodu) səhmlərinin 30,01 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü komitənin "Mülkiyyət" qəzetində dərc edilən məlumatında deyilir.

Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər. Namizədlər müəssisənin fəaliyyətinin bərpa edilməsi üzrə investisiya proqramı ilə bağlı təkliflər təqdim etməlidirlər.

Namizədlər investisiya təklifinin dəyərinin 5 faizi üzrə bank zəmanətini və dövlət büdcəsinə 45 min manat ödəniş üzrə təklifi təqdim etməlidirlər. Niyyətin ciddiliyini təmin etmək üçün namizəd 15 min manat dəyərində istənilən bankın zəmanət məktubunu təqdim etməlidir.

2012-ci il iyulun 1-nə olan məlumatına görə, "İmişli-Kərpic" ASC-nin nizamnamə kapitalı 434 894,8 manat təşkil edir. Həmin məbləğə hər birinin nominal dəyəri 2 manat olan 217 447 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 130 532 manat olan 65 266 səhmdir.

Müəssisənin 8 606 manat məbləğində borcu var, o cümlədən xammal, xidmətlər və işlər üzrə borcları 2000 manatdır. Müəssisənin debitor borcu 999 manat təşkil edir. Müəssisə 1959-cu ildən fəaliyyət göstərir.

Namizədlər müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış olmaq və əlavə məlumat almaq üçün 2012-cu il 28 avqust, saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı, Y.Səfərov küçəsi, 20.

Sənədlər və təkliflər 28 avqust, saat 10:00-dan 17:30-dək qəbul edilir.

Müsabiqə komissiyası təkliflərə komitənin binasında 30 avqust, saat 15:00-dan etibarən baxacaq.

Xəbər lenti

Xəbər lenti