...

Azərbaycanda gömrük ekspertizasının aparılması üçün yığımların miqdarını təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2012 14:13 (UTC +04:00)
Qərar dərc edildiyi gündən - sentyabrın 5-dən 30 (otuz) gün sonra qüvvəyə minir.
Azərbaycanda gömrük ekspertizasının aparılması üçün yığımların miqdarını təsdiq edilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabineti "Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərar dərc edildiyi gündən - sentyabrın 5-dən 30 (otuz) gün sonra qüvvəyə minir.

Sıra №-si

Gömrük ekspertizasının növləri

Yığımların miqdarı (manatla)

1

2

3

1. Malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi

1.1.

malın tərkibinin ekspertizası

50

1.2.

malın texniki göstəricilərinin ekspertizası

30

2. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi

2.1.

malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin yoxlanılması və təsnifat kodunun ekspertizası

20

2.2.

malların eyniləşdirilməsi üzrə ekspertiza

50

3. Malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi

3.1.

malların mənşə sənədlərinin həqiqiliyinin yoxlanılması

20

3.2.

emal prosesində malların hasilat və ya orta hasilat normalarının ekspertizası

100

3.3.

malların istehsal tarixinin ekspertizası

5

3.4.

yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin ekspertizası

100

3.5.

nəqliyyat vasitələrinin ekspertizası

30

3.6.

istehlak məhsullarının ekspertizası

30

3.7.

mikrobioloji ekspertiza (hər bir parametr üzrə)

20

3.8.

spirt və spirtli içkilərin xromatoqrafik ekspertizası

80

3.9.

mikotoksinlərin ekspertizası

110

3.10.

yeyinti məhsullarında və suda pestisidlərin ekspertizası

125

3.11.

ekspress-rentgenspektral ekspertiza

50

3.12.

rentgenspektral ekspertiza (hər bir parametr üzrə)

25

3.13.

nitrat və ya nitritlərin ekspertizası

50

3.14.

ağır metalların ekspertizası (hər bir parametr üzrə)

10

3.15.

yeyinti məhsullarında və suda ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə)

10

3.16.

məhsullarda genetik modifikasiya olunmuş orqanizmlərin ekspertizası

100

3.17.

yeyinti məhsullarında antibiotiklərin ekspertizası

50

3.18.

yeyinti məhsullarında histaminin ekspertizası

50

3.19.

yeyinti məhsullarında qida əlavələrinin (konservantların, boyaq maddələrinin və s.) ekspertizası (hər bir parametr üzrə)

30

3.20.

fiziki-kimyəvi ekspertiza (hər bir parametr üzrə)

10

3.21.

orqanoleptik ekspertiza

8

3.22.

dərman vasitələrinin, narkotik və psixotrop maddələrin və onların prekursorlarının, bioloji qida əlavələrinin və onların substansiyalarının ekspertizası

100

3.23.

neft və neft məhsullarının ekspertizası

100

4. İxrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması

4.1.

ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının ekspertizası

50

5. Malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi

5.1.

malların kimyəvi və ya mineraloji tərkibinin ekspertizası

50

6. Ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi

6.1.

təhlükəli tullantıların ekspertizası

50

6.2.

ozondağıdıcı malların ekspertizası

50

7. Radiasiya təhlükəsi olan malların müəyyən edilməsi

7.1.

radioloji ekspertiza

50

8. Malların gömrük dəyərinin təyin olunması

8.1.

malların gömrük dəyərinin ekspertizası

50

9. Malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi

9.1.

malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin ekspertizası

50

Xəbər lenti

Xəbər lenti