...

Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 02:54 (UTC +04:00)
Bakıda keçirilmiş Azərbaycan-Sloveniya danışıqları nəticəsində tərəflər iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdiriblər.
Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir V.Javoronkova/

Çərşənbə günü Bakıda keçirilmiş Azərbaycan-Sloveniya danışıqları nəticəsində tərəflər iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdiriblər. Trend-in məlumatına görə, bu sözləri Sloveniya Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav bildirib.

"Biz əməkdaşlığın bir çox sahələrini göstərdik və əgər daha konkret olsaq, biz Sloveniyaya Azərbaycan investisiyalarının qoyulması haqqında, həmçinin aeroportun mülkiyyətə verilməsi və ya istismarının başqa bir növü barədə, turizm, energetika sahəsində mümkün investisiyalar haqqında danışırdıq", - Zerjav deyib.

Onun sözlərinə görə, Bakıda danışıqlar hər iki istiqamətdə əməkdaşlıq mövzusunda aparılırdı.

"Yalnız Sloveniyaya Azərbaycan sərmayələrinin qoyuluşu deyil, həm də Sloveniya tərəfi ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında danışıqlar aparılıb", - nazir qeyd edib.

Onun sözlərinə görə, tərəflər informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında, həmçinin telekommunikasiyalar, dəmir yollarının tikintisi ilə bağlı İT-layihələr məsələsinə toxunublar.

"Bu konkret razılıqlar idi. Digər imkanlara gəlincə, mümkün əməkdaşlığın başqa sahələri də müzakirə olundu", - Zerjav deyib.

Xəbər lenti

Xəbər lenti