...

Azərbaycanda "iqtisadi futbol" yaranacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 14:46 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin maliyyə savadlılığının artırılmasına və iqtisadi tədqiqatlara həsr olunmuş veb-portal işə salacaq.
Azərbaycanda "iqtisadi futbol" yaranacaq (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin maliyyə savadlılığının artırılmasına və iqtisadi tədqiqatlara həsr olunmuş veb-portal işə salacaq.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMB-nin İnkişaf Departamenti direktorunun müavini Natəvan Məmmədova "İqtisadi futbol" maarifləndirmə interaktiv oyunlarının təqdimatı zamanı bildirib.

"İqtisadi futbol" layihəsi AMB və Vergilər Nazirliyi tərəfindən VISA Beynəlxaql Ödəniş Sisteminin və FIFA Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının sponsorluğu ilə yaradılıb.

Məmmədovanın sözlərinə görə, hazırda istifadəçilərə maliyyə savadının artırılması alətlərini, bunun üçün lazım olacaq bütün məlumat və materialları təqdim edəcək portalın hazırlanması üzərində iş gedir.

"Mərkəzi Bank maliyyə savadlılığının artırılmasına yönəldilmiş bir neçə layihə həyata keçirir. Bunlardan biri "İqtisadi futbol" oyunlarının Azərbaycan dilinə tərcüməsi və adaptasiyası olub. Bundan əlavə, AMB mütəxəssisləri Təhsil Nazirliyi ilə birlikdə məktəblərə baş çəkir, xarici ekspertlərin iştirakı ilə təhsil proqramlarına maliyyə təhsili elementlərinin daxil edilməsi ilə bağlı öz tövsiyələrini təqdim edir. Mərkəzi Bank habelə ictimaiyyətin QHT-lərin, KİV-in və s. iştirakı ilə "Bilik mübadiləsi" layihəsini də reallaşdırır", - o bildirib.

VISA ödəniş sisteminin MDB və Cənub-Şərqi Asiya ölkələri üzrə baş direktoru Jan-Mark Tontinin sözlərinə görə, maliyyə savadlılığının artırılması üzrə layihələr plastik kart bazarının inkişafını nəzərdə tutur.

"Azərbaycan MDB məkanında ödəniş sistemlərinin əsas bazarlarından biridir. Maliyyə savadlılığının artırılması üzrə layihələr bu bazarın inkişafına yönəldilib. Onlara marağın artırılması üçün futbolun populyarlığından istifadə etməyi qərar aldıq və birgə səylərlə "İqtisadi futbol"u yaratdıq. Bu oyun populyarlıq qazanır və onlarla ölkədə istifadə olunur", - Tonti deyib.

Vergilər Nazirliyinin Vergiödəyicilərə Xidmət İdarəsinin rəisi Elçin Məmmədovun sözlərinə görə, maliyyə və vergilər sahəsində savadlılığın artırılması üzrə tədbirlər vergilərin könüllü şəkildə ödənilməsi payının artırılmasına yardım edir.

"İqtisadi futbol" oyunçuların bir neçə cavab variantlarını seçməklə suallara cavab verdikləri kompüter oyunudur. Oyun oyunçunun onun rəqib qapıya qol vurmaq üçün necə irəliləməsi ilə şəxsi maliyyə vəsaitini idarə etmək sahəsində biliyini yoxlayır. İştirakçılar virtual meydanda dünyanın istənilən futbol komandası ilə oynaya və yarışa bilərlər.

Oyunun təqdimatı Azərbaycanda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçirilməsinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti