...

Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsi üçün zəruri addımlar ata bilər - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2012 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi üçün bütün zəruri addımları ata bilər. Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia deyib.

"Hazırda Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqların növbəti raunduna və readmissiyalar haqqında sazişin imzalanmasına hazırlıq aparılır. Növbəti görüş noyabrda Bakıda keçiriləcək. Biz görüşdən irəliyə addım gözləyirik və ümid edirik ki, Azərbaycan bunun üçün bütün zəruri addımları ata bilər", - Kobia qeyd edib.

Onun sözlərinə görə, bu prosesin sürətlənməsinin qarşısını alan əsas maneə readmissiyalar haqqında sazişin imzalanmasıdır.

"Azərbaycanın heç bir ölkə ilə belə sazişi yoxdur. Bu, ölkə üçün yenilikdir və biz bunu başa düşürük. Hər iki proses, yəni viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişin imzalanması paralal getməlidir", - Kobia bildirib.

O qeyd edib ki, Aİ və Azərbaycan arasında assosiativ saziş üzrə danışıqlar davam edir.

"Yaxın günlərdə videokonfransları bərpa edəcəyik, sonra isə plenar iclas keçiriləcək", - Kobia vurğulayıb.

Xəbər lenti

Xəbər lenti