...

“Unibank” IPhone istifadəçiləri üçün mobil proqram buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 11:05 (UTC +04:00)
"Unibank" "IPhone" smartfonlarının istifadəçiləri üçün yeni mobil proqram buraxıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
“Unibank” IPhone istifadəçiləri üçün mobil proqram buraxıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Unibank" "IPhone" smartfonlarının istifadəçiləri üçün yeni mobil proqram buraxıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"İOS" bazasında qurulan bu proqramın funksionallığı və interfeysi "Unibank"ın ən yaxın filial, şöbə və ya bankomatını asanlıqla tapmağa imkan verir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Unibank" məşhur "İOS" platformasında olan "IPhone" smartfonlarının sahibləri üçün yeni mobil əlavəni işə salıb. Artıq "İnfoUnibank" mobil proqramının istifadəçiləri, Banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəni tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından on-layn ödəniş apara bilərlər.

Bankçılıqda müasir tendensiyaları nəzərə alan "Unibank", özünün 20 yaşının tamam olduğu ildə məsafədən xidmət kanallarını genişləndirir və "İnfoUnibank" da bunlardan biri oldu. "İOS" bazasında qurulan bu proqramın funksionallığı və interfeysi "Unibank"ın ən yaxın filial, şöbə və ya bankomatını asanlıqla tapmağa imkan verir.

Bundan başqa, hər bir müştəri Bank xəbərləri, kredit və depozit kalkulyatorları, valyuta mübadiləsi məzənnələrindən istifadə edə bilər. "İnfoUnibank" vasitəsi ilə Bankın telefon mərkəzinə zəng etmək və on-layn məsləhət almaq olar. Həmçinin qeyd edək ki, bu proqram üç dildə (Azərbaycan, İngilis və Rus dillərində) həm on-layn, həm də off-layn rejimində işləyir.

Müştərilərin vaxtına qənaət etmək və bank əməliyyatlarının operativliyinin artırmaq üçün "Unibank" rahat və etibarlı məsafədən xidmət kanallarını inkişaf etdirəcək. Bu məqsədlə Bank mobil platformaların əksəriyyəti üçün açıq olan yeni proqram əlavələri hazırlamaq niyyətindədir. Ən yaxın gələcəkdə Bankın mobil əlavələri vasitəsi ilə müştərilər, kart hesabları daxil olmaqla, köçürmələr həyata keçirmək, əməliyyatlar üzrə çıxarışlar əldə etmək, vəsaitlərin bir valyutadan digərinə mübadiləsini aparmaq, əmanətin açılması, plastik kartlar üzrə və ya kreditlərin alınması üçün on-layn sifariş verə biləcəklər.

"İOS" platformasında olan mobil telefonlar üçün "İnfoUnibank" əlavəsini artıq məşhur "App store" proqram təminatı üzrə İnternet-mağazasından pulsuz yükləmək olar.
Xidmətlə bağlı əlavə məlumatları (012)117 saylı telefondan öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti