...

Bakıda daha bir çörək sexində qanunsuzluq aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3067 ünvanında "Uğur-ÇB" istehsalat müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı çörəyin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi, habelə çörəyin laborator müayinədən keçirilmədən satıldığı müəyyənləşdirilib.

Nazirliyin mətbnuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti