...

10 il ərzində nəqliyyat sektorunun nailiyyətləri 2020-ci ilədək Azərbaycanın strategiyası üçün yaxşı zəmin olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2012 14:35 (UTC +04:00)
Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) nəqliyyat sektorunun payı 5,6 faizə çatacaq.
10 il ərzində nəqliyyat sektorunun nailiyyətləri 2020-ci ilədək Azərbaycanın strategiyası üçün yaxşı zəmin olacaq

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) nəqliyyat sektorunun payı 5,6 faizə çatacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi nəqliyyat nazirinin müavini Musa Pənahov "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

"Son 10 il ərzində nəqliyyat sektorunun nailiyyətləri 2020-ci ilədək Azərbaycanın strategiyasının həyata keçirilməsi üçün yaxşı zəmin olacaq", - Pənahov bildirib.

Onun sözlərinə görə, son 10 ildə yük daşımalarının ortaillik artımı 3,8 faiz, tranzit üzrə 6,6 faiz, sərnişin axını üzrə isə 6,1 faiz təşkil edəcək.

"Hazırda dəmir yollarının inkişafı üzrə proqramın həyata keçirilməsi uğurla aparılır. Proqram hərəkətin sürətini 140 kilometr/saata çatdırılmasını, yük daşımalarının həcminin isə 30 faiz artımını nəzərdə tutur", - Pənahov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan son illər 11 tanker, 6 bərə alıb və gələcəkdə bu proses davam edəcək.

"Hazırda nəqliyyat sektorunun inkişaf konsepsiyası başa çatdırılıb", - nazir müavini bildirib.

Onun sözlərinə görə, son 8 ildə Azərbaycanda respublika əhəmiyyətli uzunluğu 2,5 min kilometrə yaxın olan yol və 4 min km yerli əhəmiyyətli yol yenidən qurulub, 170-dən çox tunel, körpü və yolayrıcısı istismara verilib. Son 5 ildə Bakıda 23 tunel, 48 yeraltı və yerüstü piyada keçidi tikilib, 600 kilometr uzunluğunda avtomobil yolu təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti