...

"Bank Silk Way"in rəhbərliyində dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 16:40 (UTC +04:00)
Azərbaycanın "Bank Silk Way" bankının Müşahidə Şurasının yeni sədri Mirsəməd Mövsümzadə təyin edilib. Bundan əvvəl o, bankın İdarə heyətinin sədri vəzifəsini tutub.
"Bank Silk Way"in rəhbərliyində dəyişikliklər olub

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Bank Silk Way" bankının Müşahidə Şurasının yeni sədri Mirsəməd Mövsümzadə təyin edilib. Bundan əvvəl o, bankın İdarə heyətinin sədri vəzifəsini tutub. Bu barədə çərşənbə günü Trend-ə bankdan məlumat verilib.

Bankın İdarə heyətinin sədri İdarə heyəti sədrinin birinci müavini Elçin Əhmədov təyin edilib.

Məlumata görə, Mövsümzadə və Əhmədov vəzifələrinin icrasına dekabrın 1-dən başlayıblar.

"Bank Silk Way" çoxprofilli maliyyə institutudur. Bankın fəaliyyətinin əsas istiqaməti pərakəndə, korporativ, investisiya-bank xidmətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti